adalet.az header logo
  • Bakı 13°C
24 Fevral 2017 12:33
8757
GÜNDƏM
A- A+

Ombudsman: “Xocalıda ölən qadın və uşaqların sayı daha çox olub”

"Xocalı soyqırımı nəticəsində 63 uşağın, 106 qadının öldüyünü deyirik. Mən bu rəqəmlərə inanmıram. İtkilərimiz daha çox olub. Biz bu rəqəmlərə yenidən qayıtmalıyıq. Çünki o vaxt bu işin qeydiyyatını aparmaq üçün elə də geniş imkan olmayıb".

Adalet.az-ın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Xocalı faciəsinin dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətləri var.