adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Fevral 2017 11:30
9160
KRİMİNAL
A- A+

Bakıda akademiya məzununun meyiti tapıldı

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Adalet.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Məmmədov Tural Kəmaləddin oğlu mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə vaxtı 25 yaşlı Tural evdə tək olub. Axşam saatlarında işdən qayıdan atası onun hamamda vəfat etdiyini görüb və bu barədə polisə məlumat verib.

Bildirilir ki, T.Məmmədov Gəmiçilik Akademiyasının məzunu olub və işə girməyə hazırlaşırmış.

Faktla bağlı araşdırma aparılır.