Lapşinin yeni vəkilindən İLK AÇIQLAMA
Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin ailəsi tərəfindən tutulan vəkil Trend xəbər agentliyinə açıqlama verib.
Adalet.az-ın məlumatına görə, vəkil A.Lapşinin anası ilə müqavilə bağladığını təsdiqləyib və bildirib ki, o, 1 saylı Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb:
"Anası Bakıya gəlib mənimlə müqavilə imzaladı. Hazırda A.Lapşinin hüquqlarını müdafiə edirəm. Orderi də istintaqa təqdim etmişəm. Lapşinlə görüşdüm, onun saxlanma şəraiti və səhhəti ilə maraqlandım. Lapşin deyir ki, təcridxanadan heç bir şikayəti yoxdur, səhhəti normaldır. Lapşini Rusiya və Belarus səfirliklərinin əməkdaşları da nəzarətdə saxlayır. Heç bir problem yoxdur”.
Vəkil bildirib ki, o, Lapşinin ailəsi tərəfindən təyin edilmiş ilk vəkildir:
"Səfər Hüseynov Lapşinə dövlət tərəfindən təyin olunan vəkildir, mən isə ailəsi tərəfindən. Hələlik Lapşinin S.Hüseynovdan imtina edib-etməməsi barədə məlumat yoxdur. İstintaq isə hələ davam edir. Yaxın vaxtlarda istintaq yekunlaşa bilər, amma nə vaxt, onu bilmirəm”.
Digər Xəbərlər
29 Mart 2024 16:45
Solovyova "qardaşlarından "müjdə":Ermənistanda proqramlarının yayımı dayandırıldı
29 Mart 2024 15:42Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
29 Mart 2024 15:33Paytaxtda 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək
29 Mart 2024 13:26Pulu olmayan bələdiyyələr fəaliyyət göstərməməlidir – Fazil Mustafa
29 Mart 2024 10:46