adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Fevral 2017 18:21
4006
GÜNDƏM
A- A+

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyev daxili işlər nazirinin müşaviri təyin edilib.


Adalet.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, polis general-mayoru Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlığı və bu sahədə təcrübəsi nəzərə alınaraq vəzifəyə təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara gəlincə E. Zahidov deyib ki, polis general-mayoru Həsən Şirinov təqaüdə göndərilməyib və öz vəzifəsini davam etdirir.