adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Fevral 2017 17:01
5435
MƏMLƏKƏT
A- A+

“Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində işləyəcək – SƏBƏB

Fevralın 26-da "Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində işləyəcək.

Adalet.az  xəbər verir ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejiminə keçidin səbəbi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədardır.

N.Paşayev əlavə edib: "Metronun "Xətai” stansiyası Xocalı abidəsinə yaxın yer olduğu üçün həmin gün ora daha çox sərnişinin gəlməsi gözlənilir. Ona görə də, əsasən həmin stansiya gücləndirilmiş iş rejimində işləyəcək”.