adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 Fevral 2017 15:26
8476
MƏMLƏKƏT
A- A+

Şəhid övladlarını sevindirməkdən qürur hissi duyuruq

Lənkəran şəhərinin Qala Xiyabanında yerləşən "Boranı” Ailəvi İstirahət Mərkəzi xeyriyyə aksiyasına start verib. Mərkəzin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sahibkarlar üçün yaratdığı münbit şəraitdən bəhrələnərək Lənkəran rayonundakı Qarabağ müharibəsi şəhidlərinin övladlarının ad günlərini öz hesabına keçirməyi qərara alıb. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən bu aksiya ilə bağlı şəhid övladlarına üzərində "Biz atanıza əbədi borcluyuq. Haqqı atanız tərəfindən ödənilib” sözləri yazılmış dəvətnamələr göndərilir. Bu günlərdə istirahət mərkəzində Sütəmurdov kəndindən olan Zöhrə İbrahimlinin ad günü məclisi keçirilib. Qeyd edək ki, Zöhrə Qarabağ müharibəsində şəhid olmuş Aftandil İbrahimlinin övladıdır. Ad günü tədbirində Zöhrə İbrahimlinin yaxınları və qonaqlar iştirak ediblər. Tədbirdə iştirak edən qonaqlar Zöhrəyə hədiyyələr təqdim ediblər. Azərbaycanda yaradılan stabil şəraitə görə Zöhrə Abdullayevanı anası qızı üçün təşkil edilən ad günü məclisinə ölkə prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. O həmçinin qeyd etdi ki, bu tədbirin keçirilməsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun xüsusi xidmətləri var. O, Taleh Qaraşova və "Boranı” Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə minnətdarlığını vurguladı. "Boranı” Ailəvi İstirahət Mərkəzinin rəhbəri bu cür xeyriyyə tədbirini keçirməkdən məmnun olduğunu dilə gətirdi: "Hazırda ölkədə sahibkarlar üçün yaradılan şərait bizə imkan verir ki, şəhid və aztəminatlı ailələr üçün müxtəlif xeyriyyə tədbirləri keçirək. Şəhid ailəsini sevindirməkdən xüsusi qürur hissi duyuruq. Digər bölgələrdə də bu tipli xeyriyyə tədbirlərinin keçirilməsi çox yaxşı olar. Sahibkarlar bu işdə təşəbbüs göstərməlidir. Şəhid ailəsini sevindirmək onlara qayğı ilə yanaşmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur”.