adalet.az header logo
  • Bakı 11°C
23 Fevral 2017 15:14
5920
SİYASƏT
A- A+

Mixail Saakaşviliyə “torba tikirlər”

Ukrayna hüquq müdafiəçisi Oleq Kurçin Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı Baş Prokurorluğa ərizə verib.

Adalet.az seqodnya.ua nəşrinə istinadən bildirir ki, hüquq müdafiəçisi onu Ukraynanın müstəqilliyinə qəsd etməkdə ittiham edir.

"O hesab edir ki, Saakaşvili öz açıq çıxışlarında il yarım ərzində rəhbərlik etdiyi Odessa vilayəti haqqında təhqiredici ifadələr işlədib", - deyə xəbərdə bildirilir.

Nümunə kimi Saakaşvilinin bu fikri sitat gətirilir: "Əlbəttə, onlar hamısı mane olurdular, mən bilirdim ki, hamısı mane olacaq… çünki bu separatçılar regionudur, orada hakimiyyətdəkilərin hamısı separatçılardır".