adalet.az header logo
  • Bakı 19°C
23 Fevral 2017 17:22
10693
ƏDƏBİYYAT
A- A+

Tanpınar şeir yarışması başladı - Mükafat 5000 AZN

Əhməd Həmdi Tanpınar şeir yarışması başladı

Bursanın (Türkiyə) Osmanqazi Bələdiyyəsi Əhməd Həmdi Tanpınarı anmaq məqsədiylə ədəbiyyat yarışması təşkil edib.

Adalet.az xəbər verir ki, bu haqda manera.az-a Bursa Osmanqazi Bələdiyyəsindən məlumat verilib.

Müsabiqədə iştirak şərtlər aşağıdakı kimidir:

Yarışmaya qatılacaq əsərlər daha əvvəl nümayiş olunmamış olmalıdır ( Əsərin daha əvvəl yayımlandığı aşkar edildiyi halda yarışmadan uzaqlaşdırılacaq.)

Yarışmada Türkiyədən və digər ölkələrdən olan hər kəs iştirak edə bilər.

Qatılım bir əsərlə məhdudlaşdırılmışdır, səhifə məhdudiyyəti yoxdur.

Esərlər Türkçe qələmə alınmalıdır. Müəllif olaraq gerçək imzalar deyil, şərti adlar qeyd olunmalıdır.

Mövzu "Sarışın buğdayı rüyalarımızın” olaraq təyin olunmuşdur.

Hər yarışmaçı əsərini 7 nüsxə olaraq təkrar halda və mətni ehtiva edən CD-ni aşağıdakı ünvana göndərilməlidir (Azərbaycandan e-mail vasitəsiylə).

(Osmangazi Belediyesi / Soğanlı Kültür Merkezi / Kültür ve Sosyal İşler Müdürlüğü – Soğanlı Mah. Dr. Sadık Ahmet Cd. No:388, Osmangazi – BURSA)


Yarışmaçının ad, soyad, telefon (mobil, ev, iş), ünvan və e-mail məlumatlarını ehtiva edən məlumatlar, bağlı bir zərf içində, əsərlə birlikdə göndərilməlidir.

Yarışmada qaliblərə mükafat olaraq

I yerin sahibi 10.000 TL,
II yerin sahibinə 7.500 TL,
III yerin sahibinə 5.000 TL,

Əlavə olaraq olaraq 2 yarışmaçıya 2.500 TL mükafat veriləcək.

Son qatılıb tarixi 7 Aprel 2017-ci il.


Müsabiqənin nəticələri 6 May 2017 tarixində açıqlanacaq, mükafatlar isə 13 May 2017 tarixində təşkil ediləcək mərasimlə sahiblərinə veriləcək.

Münsiflərin seçdiyi əsərlər, yarışma sonunda Osmangazi Bələdiyyəsi tərəfindən kitablaşdırılacaq.

Qeyd edək ki, A. H. Tanpınar ədəbiyyat yarışmasına daha əvvəl qatılanlar bu yarışmaya qatıla bilməzlər.