adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Fevral 2017 13:15
14537
MARAQLI
A- A+

İnsanların ağlasığmaz inancı - FOTOLAR

İnsanların sərsəmliyinin sərhəddi yoxdur və buna sübut olaraq dələduzlar tərəfindən müxtəlif dinləri və dini icmaları misal göstərmək olar.

Buna baxmayaraq, ən qəddar və insanlığa sığmayan din zəif və öz güvəni olmayan insanların hansılar ki, həyatın mənasını tapmaq üçün hər şeyə inanırlar və onların gözündə belə dinlər "quzu" kimi görükür.

Uşaqların atılması

Hindistanın Maxaraştra ştatında yerləşən Qrişneşvor məbədində dünyanın ən qəribə və təhlükəli rituallarından biri keçirilir. Bu rituala əsasən onlar 3 aylıq körpələri 15 metr yüksəklikdən atırlar. Amma hər şey göründüyü qədər faciəvi deyil: bundan çox az körpə zərər görür. Böyük qisminin ataları dartılmış mələfəylə tuturlar. Son 150 ildə bu vəhşi ritual üç körpənin həyatına son qoyub. Müsəlmanlar və hinduistlər inanırlar ki, 700 illik tarixi olan bu mərasim körpələri ağılla, sağlamlıqla, uğurla mükafatlandırır. Bu ritualın tərəfdarları hesab edirlər ki, atılan körpə bu həyatda nə isə əldə etmək üçün daha çox şansa malikdir.

Ritual uşaq üçün ciddi psixoloji travma ilə nəticələnir. Atılan körpələrin əksəriyyəti özünə qapanır, danışma və düşünmə qabiliyyətini itirir.

Göydə dəfn etmə

Tibetdə ən qəddar və qeyri-adi dəfn mərasimi keçirilir - göydə dəfn etmə. Bu dəfn mərasimində ölən şəxsin cəsədini xırda hissələrə bölməklə ipəyin içinə bürüyüb yüksəkliklərdən (dağlardan, ağaclardan və s.) asırlar. Və bir müddət sonra bu qalıqlar quşlar üçün yem olur.

Tibet əhalisinin əksəriyyəti inanırlar ki, insan bədəni müvəqqəti ruhu daşıyan bir cismdir. Hansı ki, öldükdən sonra əhəmiyyət kəsb eləmir. Hal-hazırda göydə dəfn etmə qeyri-qanunidir, amma ailənin bütün üzvlərinin razılaşması ilə həyata keçirlə bilər.


Aqxori icması

Bu din haqqında məlumat çox azdır. Bir çox mənbələrdən bu din haqqında məlumatlar dəqiq deyil. Bu məlumtalardan ortaq məxrəcə gəlmək olar ki, bu dinin tərəfdarlarını çox vəhşi bir rituala məcbur edirlər: ölmüş şəxsin cəsədini çiy vəziyyətdə yemək.


Maradona kilsəsi

Maradona kilsəsi əfsanəvi futbolçu Dieqo Maradonanın şərəfinə 60-a yaxın ölkədə açılmış və 70 mindən çox sitayiş edəni vardır.

Buna inananlar Maradonanı futbol tarixində ən möhtəşəm futbolçu hesab edirlər və ona Tanrı kimi sitayiş edirlər.

Bundan əlavə bu kilsənin üzvləri ikinci adlarını Dieqoya dəyişdirir və öz oğullarının adlarını Dieqo qoyurlar. Onların inancına görə, Dieqo adı dünyaya ruzi-bərəkət gətirir.


Uçan spaqetti canavarının kilsəsi

Bu kilsə müasir dinlərin parodiyasıdır. Uçan spaqetti canavarı haqqında ilk dəfə məlumat 2005-ci ildə Bobbi Henderson tərəfindən Kanzas ştatının dini təhsil şurasına yazdığı məktubda hallanıb. Bu məktuba əsasən Henderson müəllimlərə insanların təkamülü və böyük partlayış teoriyası haqqında dərs keçmələrini tələb edirdi. Lakin rədd cavabı alandan sonra Henderson bunlara boşqabın içərisində ətlə spaqetti göndərmiş və qabın qırağına "sizin Tanrınız artıq budur!" yazmışdır. Demək olar ki, bir anda bəşəriyyəti yaradan bu spaqetti canavarı sosial şəbəkələrin məşhur parodiya obyektinə çevrilmiş və minlərlə davamçı əldə etmişdir.

Hal-hazırda uçan spaqetti canavarı kilsəsi dünyada 7,5 milyon ateistdən ibarət "orduya" malikdir.


Qarışqa əlcəyi

Cənubi Afrikada ən aqressiv və təhlükəli qarışqalar yaşayır - "paraponera clavata" ("güllə qarışqaları").

Bəzi yerli qəbilələr bu qorxulu rituala əməl edirlər - hər bir kişi olmaq arzusunda olan oğlan uşağı əlini əlcəyə salıb 10 dəqiqə ərzində saxlamalıdır. Çox hallarda bu mərasim müvəqqəti iflicə və hətta barmaqların qonqrenasına gətirir. Bu çətin sınaqdan keçənlərin təcrübəsinə əsasən eyni ağrını əlini kömürün içinə salmaqla hiss etmək olar.

Bəzi hallarda isə kişi adına layiq olmayanlar ağrının əzabından ölürlər.

Ən maraqlısı ondadır ki, döyüşçü olmaq istəyən uşaqlar həmin ritualı 20 dəfə keçməlidilər.


Bakistlər 

Amerikanın bakistlər icmasının inancına görə, yadplanetli kosmik gəmilərinin komandirləri (Tanrı və şeytan) kosmoda Yer kürəsi uğrunda sonsuz müharibə aparırlar.

Onların fikrinə görə, şeytan bu müharibəni qazandı və tanrının cəsədini minlərlə hissələrə böldü. Bakistlər inanır ki, 2006-cı ilin noyabrında açılan böyük adron kolayderi həmin hissələri istehsal edir və nə vaxtsa bu hisələr birləşib onların sevimli tanrılarını dünyaya yenidən gətirəcək.


Yılmaz İBRAHİMOV