adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Fevral 2017 11:42
14120
İQTİSADİYYAT
A- A+

Dövlət yeni şərtlərlə 500 nəfərə borc verib

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında İpoteka Fondunun (AİF) təşkilati-hüquqi formasını dəyişərək ASC kimi fəaliyyət göstərdiyi son 3 ayda 500 nəfərə ipoteka krediti verilib.

Adalet.az"Report”-a istinadən xəbər verir ki, bununla da Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alanların ümumi sayı 18 min 497-yə çatıb.

Yeni şərtlərlə kredit alanlara ümumilikdə 31 milyon 602 min manat borc verilib. Bu isə adambaşına 63,2 min manat deməkdir.

Bununla da, AİF-in məcmu ipoteka porfteli 762 milyon 404 min manata yüksəlib.

Xatırladaq ki, "Azərbaycan İpoteka Fondu” ASC ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307 milyon 239 min manatdır.