adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Fevral 2017 11:46
15777
İQTİSADİYYAT
A- A+

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası keçirilir - YENİLƏNİB - FOTO

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Sonra Maroş Şevçoviç çıxış edib.

Toplantı işini plenar sessiyalarla və "dəyirmi masa” ilə davam etdirir.