adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Fevral 2017 09:32
16011
İQTİSADİYYAT
A- A+

Yanvar ayında Azərbaycan əhalisinin gəlirləri artıb

2017-ci ilin yanvarında Azərbaycanda əhalinin nominal gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq 3,48 milyarda çatıb.

Adalet.az bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar ayının yekunları ilə bağlı hesabatına istinadən məlumat verir.

Hesabata görə, qeyd olunan dövrdə əhalinin adambaşına düşən gəliri 3,4 faiz artaraq 358,6 manat təşkil edib.

Bundan başqa qeyd olunub ki, əhalinin sərəncamında qalan gəlirlər ötən ilin yanvar ayı ilə müqayisədə 4,5 faiz artaraq 3,14 milyard manat təşkil edib.