adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Fevral 2017 16:25
5379
İDMAN
A- A+

Runi Çindən gələn təklifi rədd etdi

"Mançester Yunayted”in futbolçusu Ueyn Runi Çin klublarının birindən aldığı cəlbedici təklifi rədd edib.

Adalet.az-ın "Sky Sport”a istinadən yaydığı xəbərə görə, İngiltərə millisinin üzvü ona ilinə 32 milyon funt sterlinq təklif edən kluba keçməkdən imtina edib. Daha əvvəl isə Runinin Çinə gedəcəyi haqda xəbərlər yayılmışdı.

Bildirilir ki, 31 yaşlı hücumçu Çinin "Quançjou Everqrand” və "Beyçzin Qoan” klubları ilə danışıq aparıb.
Qeyd edək ki, Çində transfer pəncərəsi fevralın 28-də açılacaq.

Runinin "Mançester Yunayted”lə 2018-ci ilin yayına qədər müqaviləsi var.