adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Fevral 2017 21:45
6426
MƏMLƏKƏT
A- A+

“Xocalı” üçün qan veriləcək - AKSİYA

Xocalı faciəsinin 25-ci ildönümündə faciə qurbanlarının xatirəsi qanvermə aksiyası ilə yad ediləcək.

Adalet.az xəbər verir ki, aksiya LAYF Xeyriyyə İctimai Birliyi və Mərkəzi Qan Bankı ilə birlikdə təşkil olunacaq.

Toplanılacaq qanlar irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara təmənnasız bağışlanacaq.

Aksiya 26 fevral 2017-ci il tarixində saat 12:00-dan 18:00-a kimi Xocalı prospekti 37 ünvanında yerləşən "Dəmirçi Plaza”da baş tutacaq.