adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Fevral 2017 15:30
11668
ELM VƏ TƏHSİL
A- A+

AzTU-da əməkhaqları artırıldı

Azərbaycan Texniki Universitetində (AzTU) əməkhaqları minimum 50 AZN artırılıb. Əməkdaşlardan bəzilərinin maaşı 100 AZN-ə kimi yüksəldilib ki, bu da universitet rəhbərliyinin işində müvəffəqiyyət qazanan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması qərarı ilə bağlı olub. Ölkənin sosial-iqtisadi siyasətinə uyğun olaraq universitetin Elmi Şurasında qəbul edilən qərar 700-ə yaxın əməkdaşa şamil edilib.

Əməkhaqlarının artırılması ilə bağlı qərarın əhatə etdiyi əməkdaşlar sırasına professor-müəllim heyəti və inzibati işçilər daxil edilməyib. Bu da AzTU-da professor-müəllim heyəti və inzibati işçilərin maaşlarının daha əvvəl yüksəldilməsi ilə əlaqədardır.