adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Fevral 2017 15:14
9023
ELM VƏ TƏHSİL
A- A+

AzTU ilə ABŞ-ın Berkli Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə ABŞ-ın Berkli Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AzTU-dan Adalet.az-a bildiriblər ki, sənədi bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən Xalıq Yahudov və Berkli Universitetinin kansleri Nicolas Dick imzalayıblar. 2017-2022-ci illəri əhatə edən memorandum çərçivəsində AzTU-nun müəllimləri və tələbələri Berkli Universitetində elmi-tədqiqat işləri aparmaq və təhsil almaq imkanı əldə ediblər. Sənəddə, həmçinin universitetlərin təmsilçilərinin mədəni və elmi tədbirlərdə birgə iştirakı, geniş təcrübə mübadiləsi kimi məsələlər nəzərdə tutulub. Hərtərəfli inkişaf etmiş, yüksək idarəetmə mexanizminə malik, nüfuzlu elm və təhsil müəssisəsi olan Berkli Universiteti ilə qurulacaq əlaqələr Azərbaycanda ixtisaslı mühəndis kadrların hazırlanmasında böyük əhəmiyyət daşıyır.

Tədbirdə memorandumun əlaqələndiricisi, universitetin dosenti Şahnaz Şahbazova vurğulayıb ki, AzTU Berkli Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayan Azərbaycanın ilk ali təhsil ocağıdır.

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Berkli Universitetində çalışır.