Aqil ABBAS: BİZİMKİLƏR QIRILIB QURTARIB Kİ?!

AQİL ABBAS
87194 | 2017-02-23 22:05

AğdamınAğdam vaxtı idi, Qədir Rüstəmovun Qədir Rüstəmov vaxtı idi, Seyran Səxavətin dəSeyran Səxavət vaxtı idi. Seyran Səxavətin elə yenə Seyran Səxavət vaxtıdı, amma day nə Ağdamın Ağdam vaxtıdı, nə də Qədir RüstəmovunQədir Rüstəmov vaxtı. Seyran durub yollanmışdıAğdama, min bir müsibətlə Qədir Rüstəmovu tapmışdı və qeyri-adi bir müsahibə almışdı Qədirdən. O Qədirdənki müsahibə verməyi xoşlamırdı. Həmin müsahibənijurnalistika fakültəsində dərs kimi də keçmək olar. Çalışacam Seyranın köməkliyi ilə həmin müsahibənitapıb qəzetdə çap edim. Bizim istedadlı gənc jurnalistlərə bir xeyiri dəymiş olar. Müsahibənin adı da belə idi: «Ağdamda Qədir Rüstəmovlaatüstü söhbət». «Ulduz» jurnalında çap olunmuşdu.

Bir zamanlarAzərbaycanda hərəsi bir məktəb olan qeyri-adi, Sovet buxovlarına sığmayan publisistlərimiz vardı: Səyavuş Sərxanlı, TofiqAbdin, Nüsrət Kəsəmənli, Şahmar Əkbərzadə, Vaqif İbrahim, Vidadi Məmmədov, VidadiPaşayev (qəbirləri nurla dolsun), Fazil Rəhmanzadə, Seyran Səxavət (Allah ömür versin).Bunların yarısı «Qobustan»da qan eləyirdi,yarısı «Ulduz» jurnalında, bəziləridə «Azərbaycan gəncləri»ndə.

SeyranınQədirlə müsahibəsində belə bir yer vardı. Seyran soruşur ki, Qədir, yəqin uşaqlaraarvad qohumlarından da ad qoymusan?

Qədir Rüstəmov:

- Niyə,bizimkilər qırılıb qurtarıb ki?!

İndi söhbətnə Qədir Rüstəmovdan gedir, nə də Seyran Səxavətdən. Tamamilə fərqli bir mövzudandanışmaq istəyirəm: futboldan.

Dünən mətbuatdaoxudum ki, «Şəmkir» futbol klubuna yeni birbaş məşqçi gəlir Gürcüstandan. Və bu gürcü qardaş əvvəllər də Azərbaycanın müxtəlifklublarında ikinci məşqçi kimi çalışıb və Tovuzun «Turan» komandasında da baş məşqçiolub. Çox gözəl. Dünyanın hər bir yerində komandalara xaricdən məşqçilər dəvət edirlər.Bu da bir futbol mədəniyyətidi. Amma o məşqçiləri ölkələrinə dəvət edirlər ki, onlarfutbolda sözlərini deyə bilirlər, söz sahibidirlər, əvvəlki klublarında yüksək nailiyyətlərəldə ediblər və sair və ilaxır. Həmin məşqçi həm öz ölkəsinin futbol mədəniyyətini gətirir gəldiyi ölkəyə, həm də bir öhdəlik götürüb o öhdəliyiyerinə yetirir, götürdüyü komandanı əvvəl işlədiyi klubların səviyyəsinə qaldırır.Yəni «Barselona» səviyyəsinə, «Real» səviyyəsinə. «Arsenal» səviyyəsinə və sairvə ilaxır.

Biz də xaricdən məşqçilər dəvət edirik. Çox yaxşı, gəlsinlər, Azərbaycan futboluna töhfə versinlər. Amma o töhfəni verəbilirlərmi? Bir Foqs vardı, axırda da bizi şantaj elədi. Nə isə… Dəvət olunan məşqçilərdən yalnız Roman Qriqorçuku istisna etmək olar. Düzdür, «Qəbələ» elə yarandığı gündən bəri bir inkişaf yolu tutub, Azərbaycan futbolunda yeni bir mərhələdi. Qriqorçukun gəlməsiylə komandadaha bir fərqli oyun nümayiş etdirməyə başladı. Yəni Qriqorçuk «Qəbələ»də öz sözünüdeyə bildi.

Bizim futbolqapılarımız qonşu Gürcüstanın məşqçilərinin üzünə həmişə açıqdı. Neynək! Gələndə də hərəsi özüylə bir «Kamaz» gürcü futbolçu gətirir.Bizim istedadlı gənclərimiz də ya əvəzedici heyətlərdə top qovalayır, ya da «zalatoyzapas»da oturur. Bu «zalatoy zapas»da çox naqolay bir şeydi. Öz təcrübəmdən bilirəm,orta məktəbdə oxuyanda məktəbi elə «zalatoy zapas»da otura-otura bitirdim.

Mən yenətəkrar edirəm, xaricdən nə məşqçinin, nə də futbolçuların gətirilməsinə qarşı deyiləm.Gətirin, amma baxın kimi gətirirsiz.

İndi «Şəmkir»ədəvət olunan gürcü qardaşımız. O əvvəl «Turan»da işləyəndə hansı nailiyyətlərə imzaatmışdı ki? «Turan»ı hara qaldırdı – Azərbaycançempionu elədi, yoxsa Avropaya apardı?! Özü dəəslində Tovuz futbolun qaymaq yeridi.Tovuzda həmişə futbol olub, özü də yüksəksəviyyədə. Yəni orda güclü bir komanda yaratmaq elə də böyük bir problem deyil.

Məsələn,Qəbələdə problem idi, yəni əvvəllər Qəbələdəfutbol elə də inkişaf eləməmişdi. Həm komandanın sahibləri, həm də Ramiz Məmmədovdanbaşlayaraq komandanın məşqçiləri can qoydular Qəbələdə futbol yaratdılar, akademiyayaratdılar. İndi «Qəbələ» başqa klublaraoyunçular da verir.

Şabanınyaxşı bir filmi var ey, basketbol klubudu, Şaban nə qədər çalışır onu komandayagötürmürlər. Sonra gedir üz-gözünə, bədəninə kömür sürtüb qaraldıb zənci kimi gəlir. Məşqçi onu çiynində gəzdirir, komandanın lideriolur və sair və ilaxır.

«Qarabağ»ın,«Neftçi»nin və digər klublarımızın ən ağırgünlərində bütün ağırlığı çiyinlərində daşıyan,həmin klubları çempion eləyən, o klublarla Avropanın qapılarını açan Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, VaqifSadıqov, Ramiz Məmmədov, Arif Əsədov, Nazim Süleymanov…

Bunlar həmfutbolçu kimi öz sözlərini deyiblər, həm də məşqçi kimi.

AğasəlimMircavadov vaxtilə elə «Şəmkir» komandasını iki dəfə Azərbaycan çempionu eləyib.

Bir KaxaberSxadadze vardı ey, 7-8 il «İnter»ə baş məşqçilik elədi. Deyəsən, o da oğlunu, əmisioğlun-zadın yığıb gətirmişdi. Bəlkə də100 milyon dollaradək «İnter»ə pul xərclədi. Nə oldu? Komandanı batırdı, çıxdı getdi.

… AğasəlimMircavadov, Böyükağa Hacıyev, Vaqif Sadıqov, Ramiz Məmmədov, Arif Əsədov, NazimSüleymanov…

İndi QədirRüstəmovun sözü olmasın, bunlar qırılıb qurtarıb ki, gedib ordan-burdan məşqçilər, özü də heç bir nailiyyətiolmayan məşqçilər yığıb gətiririk?


TƏQVİM / ARXİV