adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Fevral 2017 12:23
13647
İQTİSADİYYAT
A- A+

Birləşmiş Ərəb Əmirliklərindən Bakıya birbaşa aviareys açılır

"Martın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şərca şəhərindən Bakıya ilk birbaşa reyshəyata keçiriləcək”.

Adalet.az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu sözləri "Air Arabia Airlines” şirkətinin baş meneceri Baratan Ravindran və satış müdiri Şalini Racan, nazir müavini Nazim Səmədov ilə görüşündə səsləndiriblər.

Bildirilib ki, bu reys vasitəsilə BƏƏ və Omanın turizm şirkətlərinin nümayəndələriAzərbaycana səfər edəcəklər.

Nümayəndələr qeyd ediblər ki, "Air Arabia” hava yolları loukoster şirkəti olduğundan sərnişinlərin 30-35%-i ilk dəfə səyahət edəcək şəxslərdən ibarət olur.

Görüşdə aprel ayında şirkət tərəfindən turizm şirkətlərinin nümayəndələrinin Hindistandan Bakıya səfərin təşkilinin nəzərdə tutulduğu da qeyd edilib.