adalet.az header logo
  • Bakı 11°C
22 Fevral 2017 22:37
9878
MƏDƏNİYYƏT
A- A+

Əməkdar artist belarusları heyran etdi

Opera və Balet Teatrının gənc solisti, Azərbaycanın Əməkdar artistiAfaq Abbasova Minskdə çıxış edəcək.

Adalet.az-ın məlumatına görə,ötən ilin noyabrında Minskdə qastrolda olarkən opera ulduzumuz öz parlaq ifası ilə belorusları heyran edib və o, dərhal növbəti çıxış üçün təklif alıb. Afaqfevralın 25-də orada C.Verdinin "Aida" operasının tamaşasında Aida partiyasını ifa edəcək. Radames rolunda Belarusun xalq artisti Sergey Frankovski, Amonasro rolunda əməkdar artist Vladimir Qromov çıxış edəcəklər. Tamaşanı Ukraynanın xalq artisti, Odessa Dövlət filarmonik orkestrinin baş dirijoru Xobalt Erl (ABŞ) idarə edəcək.

Qeyd edək ki, Aida Afaq Abbasovanın ən çox sevdiyi partiyalardan bididir. O, hətta ötən il dünyaya gələn qız övladına C.Verdinin qəhrəmanının şərəfinə Aida adını vermişdi.