adalet.az header logo
  • Bakı 16°C
21 Fevral 2017 16:14
6499
SAĞLAMLIQ
A- A+

Qətiyyətə köklənən ömür

Azərbaycanın tibb sahəsində müxtəlif illərdə davamlı inkişaf olub. Hələ SSRİ illərində Azərbaycanlı həkimlər bilik və bacarıqları, eyni zamanda yüksək peşəkarlığı ilə dünya ölkələrinə səs salmağı bacarmışdı. Müstəqilliyimizin ilk illərində hər sahədə olduğu kimi səhiyyə sahəsində də müəyyən geriləmələr oldu. Məsələ o qədər ciddiləşdi ki, artıq yerli həkimlərə bir o qədər inam qalmamışdı. Ancaq bu da müəyyən bir dövrü əhatə etdi. Ümumilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan səhiyyəsi yeni inkişaf dövrünə qədəm qoydu. Bu gün ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin kökündə Azərbaycan səhiyyəsinin inkişafı dayanır. Artıq paytaxtla yanşı regionlıarda da müasir standartlara cavab verən tibb məntəqələri fəaliyyət göstərir ki, bütün bunlar səhiyyə sisteminin inkişafını özündə təcəssüm etdirir.

Azərbaycanın tibb tarixinə nəzər salanda bir mühüm inqilabın şahidi oluruq. Bu İnqilab 2009-cu ildə baş verib. İndi oxucular sual edəcək ki, inqilab nədən ibarətdir? Bəli.... 2009-cu ildə Azərbaycanda Bioloji Təbabət Klinikasının yaranması inqilabi bir hadisə idi. Bunu 2 faktla izah etməyə çalışacağıq. Birincisi Bioloji Təbabət Klinikasının yaranması ölkədə uzun ömürlülüyün artmasına şərait yaratdı. İkincisi dərmanlara tələbat azaldı. Xeyriyyəçi, iş adamı Elxan Yaqubovun rəhbərliyi altında fəaliyyət göstərən BTK-da həyata keçirilən müalicələr ölkəmizin səhiyyə sisteminin ətraf ölkələrlə müqaisədə xeyli irəli aparıb.

Yüksək nəticəyə gedən yol

Elxan Yaqubov 1968-ci ildə Göyçay rayonunda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat fakültəsini bitirib. Onun elimə olan marağı ali təhsilini bitirəndən sonra da bu sahədə yazıb yaratmağa sövq etmiş və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunda disertantıdır. İlk dəfə Almaniyanın "Heel” firmasının istehsalı olan preparatları Azərbaycana gətizdirən E.Yaqubov 1997-ci ildə "Planeta" əzcazçılıq şirkətini təsis edib. Lakin o, əhalini təkcə dərmanlarla deyil, düzgün müalicə üsulları ilə sağlamlığa qovuşdurmaq üçün durmadan çalışır. İqtisadi sahə ilə yanaşı tarixi araşdırmalara maraq göstərən Elxan Yaqubov bir sıra araşdırmaların müəllifidir. Həyata keçirdiyi araşdırmalar nəticəsində ortaya qoyduğu yeni-yeni fakt və fikirlər cəmiyyət tərəfindən böyük marağa səbəb olub. Onun Xocalı Soyqırımından bəhs edən "Torpaq Qan Ağlayır” kitabında Xocalı qətliyamı ilə bağlı oxuculara geniş məlumat verilir. Eyni zamanda bu soyqırımın baş verməsi, pərdə arxası yürüdülən siyasət və bu siyasətin qurbanı olan günahsız insanların hüquqlarının tanınması yönündə geniş söhbət açılır.

Prezident İlham Əliyevin ömür yolundan bəhs edən ``Hər bir azərbaycanlının prezdenti`` adlı kitabında isə dövlət başçısının Azərbaycanın çiçəklənməsi və dünyaya inteqrasiyası yönündə həyata keçirdiyi uğöurlu syasətindən ətraflı söz açılır. Kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurları, xarici siyasətdə əldə olunan uğurlra xüsusi diqqət yetirilir.

Tariximizdən bəhs edən "Qara xaç yürüşü-genosid” kitabında isə müəllif Ermənilərin Türkiyədə və Azərbaycanda törətdikləri faciələrdən söz açır. Tədqiqatçı, Elxan Yaqubov bu kitabda ermənilərin Azərbaycan və bütün türk-müsəlman dünyasına qarşı terrorçuluq və işğalçılıq fəaliyyətlərinin səbəbləri, mənbə və məqsədləri geniş təhlil edilmişdir.

Elxan Yaqubov yazıçı, araşdırmaçı olmağı ilə yanaşı xeyriyyəçiliyi ilə cəmiyyətdə tanınıb. Onun rəhbərliyi altında fəaliyyət göstərən Bioloji Təbabət Klinikasın da istər şəhid ailələri, müharibə veteranları eləcə də bu kateqoriyadan olan insalara müəyyən güzəştlər edilir. Onların pulsuz tədaviə görməsi üçün şərait yaradılır. Ötən günlərdə bir jurnalist həmkamla maraqlı söhbətimiz oldu. Xocalı dəhşətinin sağ qalan nümayəndəsi səhəttində yaranan problemlərlə bağlı ölkə ictimayyətinə müraciət edir. Onun bu müraciətinə səs verən olmur. Elxan Yaqubov onun müalicəsini öz üzərinə götürür və bu proses uğurla həyata keçirilir.


Bəli Elxan Yaqubovun adı Bioloji Təbabətlə yanaşı səslənir. Ölkəmizdə bu təbabət növünün gətirilməsi, inkişafı və təşəkkür tapması bir başa Elxan Yaqubovun adı ilə bağlıdır. Əsası 2009-cu illərdə qoyulan bu klinikada xəstələrin şəfa tapması üçün hər cür şərait var. Və onu xüsusilə qeyd etmək lazımdır ki, bəzi tibbi avadanlıqlar var ki, heç bir dövlət xəstəxanaasında, özəl klinikalarda yoxdur. Həmin aparatlar məhz bioloji klinikasında var ki, bütün bunlar xəstələrin sağalmasında böyük effektiv rol oynayır. Bununla bağlı mətbuata verdiyi açıqlamada Elxan Yaqubov bir məsələyə toxunub: ""Həkimə xəstənin "daxilindəki” xəstəlikləri görmək üçün yüksək səviyyəli, müasir diaqnostik aparatlar, yüksək dəqiqliklə işləyən laboratoriya lazımdır ki, həkim bu aparatlar vasitəsi ilə xəstəyə düzgün diaqnoz qoya bilsin. Biz də bunları bildiyimizə görə klinikaya Avropa standartlarına cavab verən aparatlar gətirdik. Yüksək səviyyəli laboratoriya yaratdıq. Bizdə elə müayinə üsulları var ki, bir damla qanı qaranlıq sahəli mikraskopda analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında tam məlumat ala bilirik. Hansı ki, bu məlumatları Azərbaycanda heç bir başqa laboratoriyada analiz etmək olmur".

Bioloji Təxabət Klinikasının peşəkar kollektivi də Elxan Yaqubovdan razılıq edirlər. Klinikanın əməkdaşları bildirirlər ki, Elxan Yaqubov yalnız çalışır ki, dünya səviyyəli mütəxəssisləri Azərbaycana dəvət eləsin və onlar gəlib öz təcrübələrini bizim həkimlərə öyrətsinlər: "Bilirsiniz ki, bu heç də asan başa gəlmir. Çünki bir həkim gedib başqa ölkədə təcrübə keçmək üçün böyük maliyyə xərcləri sərf etməlidir. Amma Elxan müəllimin sayəsində həkimlərimiz xaricdən gələn həkimlərdən pulsuz həmin təcrübəni öyrənirlər. Bu özü çox böyük işdir və buna görə də onun xidmətləri əvəzsizdir. O, hər işi də məqsədyönlü edir. Onun artıq beş il bundan sonra görüləcək işlərlə bağlı planları var. Biz məhz onun sayəsində artıq Sumqayıtda, Göyçayda Bioloji Təbabət Klinikasının fliallarını açmışıq. Məqsəd də bölgələrdə yaşayan insanlara daha yaxşı xidmət etməkdir. Hansılar ki, Bakıya gəlməyə imkanları yoxdur, ona görə də ətraf rayonlarda yaşayan insanlar da həmin filiallara müraciət edirlər. Bakıda iş, müalicə üsulu necə tətbiq olunursa, hər iki filialda da eyni cürə yüksək səviyyədə tətbiq olunur. Çünki orada işləyən həkimlər burada təcrübə keçib, sertifikat alaraq, filiallarda öz işlərini uğurla davam etdirirlər. Burada, yəni bizim Klinikada təhsil alan həkimlər, xəstələrə yanaşmaqda, onları müalicə etməkdə artıq öz düşüncə tərzini belə dəyişə bilirlər. Çünki onlar bu seminarlarda insan orqanizminə yanaşmanın fərqli olduğunu aydın görürlər. Əsas məqsədimiz də dünyada ziyansız təbabətin olduğunu xalqımıza çatdırmaq, bu sahədə onlarla maarifləndirmə işi aparmaq və onları bu müalicə üsuluna cəlb etməklə, sağlamlığının keşiyində durmaq istəyirik. Axı niyə adi bir xəstəliyə görə, həmvətənlərimiş böyük pullar xərcləməklə xarici ölkələrə getməlidirlər? Ona görə də çalışırıq ki, onlar bilsinlər respublikamızda belə bir Klinika var və burada onların bütün xəstəliklərini də müalicə etmək olar”.


Elxan Yaqubov yorulmaz bir insandır. Onda olan müsbət enerji, işinə sevgi və cəmiyyətə örnək vətəndaş olmaq arzusu daim aşıb-daşır. Özü haqqında danışmağı xoşlamasa da əldə etdiyimiz məlumatlara görə, Elxan müəllim hazırda bir sıra elmi məqalələr üzərində çalışır. Onun bu yaxınlarda bir neçə kitabı işıq üzü görəcək. Bununla yanaşı Bioloji Klinikanın fəaliyyətini daha da yüksəltmək, bu sahə üzrə ixtisaslaşan həkimlərin bilik və bacarıqlarının artırılması üçün

Bioloji Təbabət Klinikasının Elmi-Tədqiqat İnstitutu kimi formalaşdırılması nəzərdə tutulur. Burada həkimlər bu sahə üzrə yüksək formada ixtisaslaşacaqlar. Azərbaycanda belə bir Elmi-Tədqiqat İnstitutunun yaranması çox labüddür. Bu da xəstəliklərlə və onların müalicəsi ilə bağlı insanlarımıza yalnız böyük xeyir verə bilər.

Ədil Ədilzadə