adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Fevral 2017 19:18
3905
HADİSƏ
A- A+

Nişanda qan töküldü - Yeni qohumlar dalaşdılar

Göyçay rayonunda gənclər arasında dava qanla nəticələnib.

Hadisə Göyçay şəhərindəki restoranların birində baş verib.

Rayonun Yeniarx kənd sakini, 1988-ci il təvəllüdlüZülfüqarov Məharət Gülağa oğluşəxsi münasibətlər zəminində baş verən dava zamanı yeni qohum olduğu şəxs, Göyçay şəhər sakini, 1992-ci il təvəllüdlüBəhdəmirov Aqşin Bəhram oğlutərəfindən döyülüb.

Küt alətlə başından ağır xəsarət alaraq yerə yıxılan M.Zülfüqarov komaya düşüb və təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən şəxsin nişan mərasimi olan qızın dayısı oğlu olduğu bildirilir. A.Bəhdəmirov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.