adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Fevral 2017 19:10
7243
MƏMLƏKƏT
A- A+

Bərdədə qaz olmayacaq

Fevralın 22-də saat 10:00-dan 16:00-dək SOCAR-ın "Qaz İxrac” İdarəsinin Ağdam Magistral qaz kəmərləri sahəsinin balansında olan "Kətəlparaq” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.


Bu barədə "Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Təmir müddətində Bərdə rayonun Kətəlparaq, Şirvannı, Uğurbəyli, Dəymədağlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.