adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Fevral 2017 19:00
8774
MARAQLI
A- A+

Ovçular itləri parçalayan nəhəng canavarı öldürdülər

Rusiyanın Rostov vilayətinin Remontnoye kəndinə nəhəng canavar hücum edib.


Heyvanın ilk qurbanları həyətlərdəki itlər olub. Güclü canavar altı iti parçalayıb. Onun qurbanlarından biri alabay cinsli itdir.

İtləri öldürdükdən sonra donuz damına daxil olan canavar bütün donuzları gəmirib. "Qənimət” olaraq 90 kq çəkiyə malik buzovu aparıb.

Canavarın etdiklərini görən sakinlər ovçulara müraciət ediblər. Ovçular canavarı təqib edərək heyvanı öldürüblər.
Ovçuların çəkdikləri fotolara baxış zamanı canavarın onu əlində tutmağa çalışan insandan böyük olduğu görünür.