adalet.az header logo
  • Bakı 20°C
21 Fevral 2017 18:12
6176
SİYASƏT
A- A+

“Mehriban Əliyeva bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir”

"Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunmasını çox təqdirəlayiq hesab edirəm. Çünki Mehriban xanım Əliyeva siyasət aləmində tanınılan, öz dəst-xətti olan bir şəxsiyyətdir”.

Adalet.az xəbər verir ki, bBunu Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq Komitəsinin üzvü, professor Rüfət Quliyev dedi. Millət vəkilinin fikrincə, o, uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir: "Düşünürəm ki, bundan sonra onun fəaliyyət dairəsi daha da genişlənəcək, görəcəyi xeyirxah işlərin miqyası böyüyəcək, hər sahədə xalqımızın ümidlərini ləyaqətlə doğruldacaq və ölkəmizin ictimai-siyasi həyatına da sanballı töhfələr verəcək. Mehriban xanımı öz adımdan və 73 saylı Lənkəran şəhər seçki dairəsinin seçiciləri adından ürəkdən təbrik edirəm! ".