“Jerusalem Post”: Tramp Azərbaycanla bağlı 907-ci düzəlişi dondurmalıdır
Azərbaycanın əhəmiyyəti Rusiya və İranla həmsərhəd olan, eləcə də iri neft və qaz istehsalçısı bir ölkənin strateji və coğrafi mövqeyinə əsaslanır.
Oxu.AzTrend-ə istinadla xəbər verir ki, bu sözlər "Dağlarda ölüm. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Louri Kontrerasın İsrailin nüfuzlu "Jerusalem Post” nəşrindəki məqaləsində yer alıb.
Müəllif yazır ki, bundan əvvəl ABŞ prezidentləri Corc Buş və Barak Obama Konqresin onlara verdiyi bu düzəlişin fəaliyyətini dondurmaq səlahiyyətindən istifadə ediblər.
R.L.Kontrerasın fikrincə, yeni prezident Donald Tramp da bu səlahiyyətdən istifadə etməlidir: "Respublikaçılar üçün daha doğru qərar bu düzəlişi tamamilə ləğv etmək olardı. Bu yolla Azərbaycanın özünümüdafiəsi üçün daha çox yardım təmin etmək olar. İndi Azərbaycan nağd vəsait ödəməklə Rusiyadan silah alır”.