adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Fevral 2017 15:54
3420
HADİSƏ
A- A+

Lənkəranda üstünə qaz sobası aşan qadın ölüb

Lənkəranda 60 yaşlı qadın yanaraq ölüb.

Adalet.az-ın APA-ya sitinadən verdiyi xəbərə görə, Vilvan kənd sakini, 60 yaşlı Səmədova Əzimə Hacırza qızının üzərinə qaz sobası düşüb. Yalnız yaşayan qadın aşan sobanın altından çıxa bilməyib və yanaraq, ölüb.
Məlumata görə, Ə. Səmədova uzun illər ruhi-əsəb xəstəliyindən əziyyət çəkb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.