adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Fevral 2017 14:35
5688
MƏMLƏKƏT
A- A+

Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB

"Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında fəal rol oynayır”.

Adalet.az xəbər verir ki, bunu fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Mehriban Əliyevanı Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edən dövlət başçısı bildirib: "Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Bu partiya ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə çatır.

Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. Depuat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli işində böyük addımlar atıb”.

****

Bu gün Azərbaycan Prezident iİlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Bu barədə Adalet.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Məlumata əsasən, iclasda dövlət başçısı Respublikanın yeni təyin olunmuş birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təqdim edib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib.