adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Fevral 2017 12:45
7078
ƏDƏBİYYAT
A- A+

Millət vəkilinin Türkiyədə imza günü keçirildi

Millət vəkili Qənirə Paşayevanın "Vətən qoxusu” kitabının Türkiyənin Muğla Universitetində imza günü keçirilib.

Adalet.az xəbər verir ki, mərasimdə Muğla valisi, bələdiyyə başqanının müavini, Muğla Sıtkı Kocaman Universitetinin rektoru, universitetin alimləri, tələbələr, QHT və KİV nümayəndələri iştirak edib.

İmza mərasiminə böyük diqqət göstərək, iştirak edənlərə və təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva Axısxa türklərinin öz vətənlərindən zorla sürgününü qələmə aldığı "Vətən qoxusu” kitabı barədə məlumat verib və gənclərin iştirakı ilə imza mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan millət vəkili gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb.

Millət vəkili Q.Paşayeva tədbir iştirakçıları üçün kitablarını imzalayıb və bir sıra türk toplumlarının QHT rəhbərləri, aydınları ilə görüşərək fikir mübadiləsi aparıb.