adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Fevral 2017 12:20
6054
MƏMLƏKƏT
A- A+

Azərbaycanın “qara siyahı”sından daha bir nəfərin adı çıxarıldı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının Sanksiya Komitəsinin fevralın 16-da qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.

Bu barədə AAdalet.az-a MBNP-dən bildirilib.

Ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, 1 nəfərin adı siyahıdan çıxarılıb. Həmin şəxs Əfqanıstan vətəndaşı Abdullahdır.

Qeyd edək ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.