adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Fevral 2017 09:59
4373
SİYASƏT
A- A+

“Rusiya Azərbaycan üzərindən İrana qaz nəql etməyəcək”

Rusiya Azərbaycan üzərindən "svop” əməliyyatları vasitəsilə İrana qaz tədarük etməyəcək. 

Adalet.az-ın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak bəyan edib.

"Hazırda bu məsələ müzakirə olunmur”, - deyə nazir bildirib.

Qeyd edək ki, ötən ilin avqustunda A.Novak İranın cənubunda sıxılmış qaz zavodunun inşa edilməsini, bunun müqabilində Rusiyanın Azərbaycan üzərindən İranın şimalına qaz tədarük edəcəyini bildirmişdi.