adalet.az header logo
  • Bakı 21°C
21 Fevral 2017 09:53
9748
MARAQLI
A- A+

Son mənzilə yola salınan gənc yolda ayıldı

Hindistanın Karnataka ştatının Dharvad şəhərinin 17 yaşlı sakini öz dəfn mərasiminə yolda ayılıb.

Adalet.az-ın xəbərinə görə, bu barədəTimes of India qəzeti yazır.

Gəncin valideynləri məlumat veriblər ki, bir ay əvvəl onu it dişləyib, bundan sonra o bir neçə həftə yüksək temperaturdan əziyyət çəkib.

Səhhəti daha da ağırlaşan gənc xəstəxanaya aparılıb, lakin müalicə üçün pulları olmadığından valideynləri onu evə götürüblər.

Bir müddətdən sonra həyat əlaməti göstərmədiyi üçün gəncin valideynləri qərara gəliblər ki, o ölüb.

Dəfn etmək məqsədi ilə kəndə aparılan zaman gənc əllərini və ayaqlarını tərpədib, çətinliklə nəfəs alıb.

Hazırda o kəskin meninqoensefalit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.