adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Fevral 2017 22:07
6561
DÜNYA
A- A+

Sərhəddə çamadandan 28 yaşlı qız çıxdı

Gürcüstan vətəndaşı olan qadın çamadanın içində Türkiyəyə daxil olmaq istəyərkən tutulub.

Adalet.az xəbər verir ki, bu haqda "Dogan” agentliyi bildirib.

Qeyd edilir ki, Artvin vilayətində Gürcüstan vətəndaşı sərhədçilərin diqqətini özünün şübhəli davranışları ilə cəlb edib. Sərhədçilər ondan çamadanı açmağı tələb ediblər. Nəticədə çamadanda Gürcüstan vətəndaşı olan 28 yaşlı qız aşkar edilib. Məlumata görə, Türkiyəyə giriş qadına qadağan edilmişdi.

Qız və çamadanın sahibi saxlanılıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.