Barış Mançonun oğlu qəzaya düşdü
Mərhum müğənni Barış Mançonun oğlu Doğuqan Manço avtomobil qəzasına düşüb.
Adalet.az xəbər verir ki, müğənni öz yolu ilə gedərkən arxadan gələn maşın onun avtomobilinə çırpılıb.
Maşına ciddi ziyan dəysə də, Doğuqan Manço səhhətinin yaxşı olduğunu bildirib.