adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Fevral 2017 21:30
2375
GÜNDƏM
A- A+

Elmar Məmmədyarov Takahaşi ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Səfir Tsuquo Takahaşi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Tsuquo Takahaşiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.