adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Fevral 2017 21:00
6507
DÜNYA
A- A+

İran hərbi təlimlərə başladı

İran İslam İnqilab Keşikçiləri hərbi təlimə başlayıb.

Adalet.az xəbər verir ki, üç gün ərzində raket sınaqları həyata keçiriləcək.

İİİK-nin mətbuat xidmətindən verilən bəyanatda xarici hücumlardan qorunmaq üçün hazırlıq işi görüldüyü bildirilib.

General-mayor Məhəmməd Pakpur Fəcr 3, Fəcr 4 və Fəcr 5 tipli raketlərdən hərbi təlimlərdə istifadə edildiyini və sınaqların uğurla yekunlaşdığını qeyd edib.