adalet.az header logo
  • Bakı 19°C
20 Fevral 2017 19:09
5432
SİYASƏT
A- A+

Mərakeşdən olan yüzlərlə qaçqın İspaniyaya gəlib – VİDEO

350-yə yaxın qeyri-qanuni mühacir İspaniyanın muxtar şəhəri Seutaya daxil olub. Bazar ertəsinə keçən gecə qeyri-qanuni mühacirlər altı metr hündürlüyündə olan ikiqat hasarı keçməyi bacarıblar.

Adalet.az xəbər verir ki, bu barədə "Alman dalğası” məlumat yayıb.

On bir nəfər xəsarət alıb, altı nəfər xəstəxanaya çatdırılıb, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumat yayıb. Qalanları qaçqınların ilkin qəbul mərkəzindədirlər.

Son günlərSeutunu əhatə edən səkkiz km hasar dəfələrlə afrikalı qaçqınlar tərəfindən kütləvi hücuma məruz qalıb. Yalnız fevralın 17-də hasardan minə yaxın adam keçməyə cəhd edib. Onlardan 500-ü ispan torpaqlarına keçə bilib. Bu mühacirlərin əksəriyyəti Saxaradan cənubda yerləşən Afrika ölkələrinin vətəndaşlarıdır.