adalet.az header logo
  • Bakı 18°C
20 Fevral 2017 18:23
2451
GÜNDƏM
A- A+

Şəfiqə Məmmədova müzakirəyə səbəb olan görüntülərdən danışdı – VİDEO

"Bizim Cəbiş müəllim” filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib.

Adalet.az Qafqazinfo-ya istinadla xəbər verir ki,filmin sonunda Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə ərinəxəyanət etməsi səhnəsi filmdən çıxarılıb.

Kəsilən kadrları tədqiqatçıFüzuliSabiroğlu "YouTube”da yerləşdirib.

Ekran işinin əsas qəhrəmanı, Cəbiş müəllimin həyat yoldaşı rolunun ifaçısı Xalq artistiŞəfiqə Məmmədovahəmin məsələni aktuallaşdıranları səviyyəsiz adlandırıb:

"Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxır. Kim necə yozursa, yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosesində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədir ki, 69-cu ilin filmini qurdalayır?

Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayır? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burada nə var ki? Yaradıcı insanlar elə görməyib deyə, filmə salmayıblar. Bu, nə səviyyəsizlikdir?”.

Qeyd edək ki, filmin adı əvvəl "O, əsgər deyildi” olub, daha sonra dəyişdirilib.