adalet.az header logo
  • Bakı 20°C
20 Fevral 2017 17:38
6071
DÜNYA
A- A+

Filippində yaraqlılar Vyetnam gəmisinə hücum ediblər

"Abu Sayaf” terror təşkilatının yaraqlıları Filippinin cənubunda Vyetnam gəmisinə hücum ediblər.Hücum nəticəsində bir dənizçi ölüb, yeddi dənizçi isə oğurlanıb, bu haqdaFilippinin sahil mühafizəsi məlumat yayıb.

Adalet.az xəbər verir ki, 25 Vyetnam vətəndaşının olduğu "Giang Hai” gəmisinə hücum bazar günü axşam saatlarında Baquan adasının sahilində baş verib. Sahil mühafizə xidmətinin əməkdaşları və HDQ əsgərləri 17 Vyetnam dənizçisini xilas edə biliblər, Reuters agentliyi bildirib.

Yaraqlıların təqibi davam edir, bunu sahil mühafizə xidmətinin nümayəndəsi Armand Balilobildirib.

Qruplaşmanın yaraqlıları dəfələrlə Filippin, Malayziya, İndoneziya və digər ölkələrin vətəndaşlarını girov götürüblər. Bir qayda olaraq girovların azad edilməsi üçün pul tələb edilir, amma girovların öldürüldüyü hallarda olub.