adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Fevral 2017 16:28
8921
SİYASƏT
A- A+

Trampın qeyri-adi FOTOLARI

ABŞ prezidenti Donald Tramp növbəti dəfə "Reddit” istifadəçilərinin diqqətini cəlb edib. Siyasətçinin təsviri fotoşopunun köməyi ilə kiçildilərək "Cırtdan Tramp"a çevrilib.

Ağ ev başçısıyla şəkillər sosial şəbəkənin TinyTrumps xüsusi xidmətində yerləşdirilib. Fotoşəkillərdəki D. Tramp Ağ evdə cızmaqaralar çəkir, öz "nəhəng” qızı İvanka ilə gəzməyə çıxır, ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə görüşür.

Cırtdan Trampın fotoşəkilləri həmçinin "Twitter”də də #TinyTrump haştaqı ilə yayımlanıb.

Qeyd edək ki, fevral ayının əvvəlində Amerika rəssamı Kris Rodli Trampı "Sezam küçəsində dəhşət” cizgi filminin qəhrəmanına çevirmişdi. O, bunun üçün deepart.io pulsuz proqramından istifadə etmişdi.