QƏFİL AYRILIĞA İNANMAZDIM HEÇ

ƏBÜLFƏT MƏDƏTOĞLU
74947 | 2017-02-20 15:37

Təəssüf ki,Polad Qasımovun son qərarı məni buna inandırdı

Mən fələyin namərd olduğunu bilirdim.Doğmalarımı, dostlarımı əlimdən alıb aparanda görmüşdüm. Amma indi bir daha əminoldum və əlimin arxasını yerə qoydum. Öz-özlüyümdə etiraf etdim ki, heç kimin fələyəgücü çata bilməz, onun namərdliyini heç kim edə bilməz. Elə görünür namərdliyinəgörə, insafı-mürvəti olmadığına görə ona FƏLƏK deyirlər. Elə mən bu sözü təkraredəndə də içimdən bir sızıltı keçir. İstəyirəm tutam yaxasından silkələyəm.Gözlərinin içinə baxa-baxa deyəm ki, niyə bu qədər insafsızsan? Niyə seçimetmirsən? Niyə yaxşılara fürsət vermirsən? Axı, bu dünya yaxşıların çiynininüstündədi… axı biz yaxşılara söykənib yaşayırıq...

Heyf,içimdə, dilimdə az qala qışqıra-qışqıra dediyimsözləri fələyin üzünə baxıb deyə bilmirəm. Bəlkə hardasa eşidir, bəlkə dəətrafımda fırlanır. Növbəmin yaxınlaşdığını elə, bu dostları əlimdən almaqladeyir mənə, bilmirəm, ola bilsin bu da onun bir üslubudu. Əvvəl dostlarımı, güvənclərimialır, təkləyir məni, sonra... Eh... Sonra tək adamı yıxmaq, tapdalamaq, canınıalmaq nə çətin işdi ki? Özüdə fələyin əlində. Mən onun fələkliyini Vahid Əlifoğlunu, Vaqif Cəfərlini, NüsrətKəsəmənlini aparanda bir daha anladım. Ona görə bu insanların adını çəkirəm ki,onlar mənə candan, qəlbdən doğma idilər... ruhən qardaşlarım, əzizlərim idilər.Ən böyük namərdlik sözün şahı olan Məmməd Arazı, Bəxtiyar Vahabzadəni aparandaortaya çıxdı. İndi isə...


Fevralın 17-dətelefonuma zəng gəldi. Adı yazılmışdı. Birbaşa bəli, qağa! - dedim. Mənəbaşsağlığı verdi. Dünyasını dəyişmiş bir yaxınımın Beyləqandakı yas mərasiminəgələ bilmədiyi üçün üzrxahlıq etdi. Və ardınca da vurğuladı ki, mərasimi yolaver, gəl şəhərə, oturaq bir az dərdləşək, yasdan çıxaq... Həmin gün Polad müəllimmənə üç dəfə zəng etdi... üç dəfə danışdım onunla. Açığını deyim ki, bu qədərnarahat olması məndə heç bir şübhə yaratmadı. Çünki onun həssaslığı mənə çoxgözəl bəlli idi və məni özünə nə qədər doğma saydığını da bilirdim. "Azərbaycan"nəşriyyatında səhərimiz birlikdə açılırdı. İş başlamamışdan öncə mütləq əyləşibbir stəkan çay içib, hal-xoş edərdik - hər gün naharda birlikdə.. günün sonundabirlikdə... Bizi bir-birimizdən soruşurdular. Birimiz gözə dəyməyəndə dərhal obirmizdən sorğu-sual edirdilər ki, flankəs niyə görünmür? İndi mən o anlarıağlıma sığışdıra bilmirəm. Nə qədər çalışıram sığışmır ağlıma:

- Məndən Polad müəllimi soruşsalar nə deyəcəm?

Bax, elə beləcətanış-bilişdən kimsə zəng vurub desə ki, Polad müəllimin telefonuna zəng çatmırvə yaxud telefonunu açmır. Ona nə deyəcəm? Yenə bilmirəm. Bircə bildiyim odurki, Polad müəllim özünü, cismini götürüb çıxıb gedib. Bax, burdaca mütləq deməliyəm,mən yaxşı adamların, halal adamların, savab sahibi olanların mütləq Tanrı dərgahınagetdiyinə inanıram. Başqa inancım yoxdur. Ona görə də üzümü göy üzünə tuturam,gözümü göylərə zilləyirəm və deyirəm ki:

-Nahaq tələsdin ora, Polad müəllim! Axı biz may ayında sənin yubileyini keçirməliidik. Özü də təbiətin qoyununda... ailəvi, ən yaxın adamlarla birlikdə... Eh...

Yadıma bir söhbətindüşür. Ümumiyyətlə, biz səninlə evimizdən, ailəmizdən, uşaqlarımızdan, həyatımızınhər məqamından danışırdıq. Mənim sirrimin, sözümün ünvanı, güvəncim sən idin bunəşriyyatda. Ona görə də şəxsi həyatımızdan tutmuş ədəbiyyata qədər,jurnalistikaya qədər hər şeydən danışırdıq. Bir-birimizə kitablarımızıbağışlayırdıq, yazılarıma, şeirlərimə münasibətini bildirirdin. Və mən də səninşeir yazdığından xəbərdar idim. Ovqatımızın xoş məqamlarında gənclik illərindəyazdığın bir şeiri söylədin. Bir-iki misrası yadımda qalmışdı. Səni son mənziləyola salıb qayıdanda eloğlun, dəyərli şairimiz Musa Ələkbərli söhbət əsnasındahəmin şeiri söylədi və bildirdi ki, Polad müəllim bunu 16 yaşında Gədəbəyinrayon qəzetində çap etdirmişdi. Şeir yaddaşımda təzələndi. Onu indi hamı üçünkağıza köçürürəm.


Dilim quruyaydı,a nazlı ceyran,

Mənsənə "get" dedim, sən niyə getdin?!

Küskünbaxışınla o gündən inan,

Buvurğun könlümü taru-mar etdin.


Dilim"get" desə də ancaq ürəyim,

Budərdə, hicrana dözüm demədi.

Sənniyə gedirdin, mənim çiçəyim,

Axı"get" sözünü gözüm demədi.!


Hə,Polad müəllim, bu şeiri 16 yaşında yazmısan, bəlkə də ondan qabaq. İndixatırlatmağımın səbəbi var. Axı, bizim bir-birimizə nə dilimiz, nə gözümüz GET!- deməyibdi. Bəs sən niyəgetdin? Özü də problemlərimin, qayğılarımın başımdan aşdığı bir vaxtda... dərdimin-səriminboy artımı fontan vurduğu vaxtda... Axı, sən qardaş kimi, dost kimi mənə qarşıhəmişə diqqətli olmusan. Qarabağ üçün darıxanda əlimdən tutub Gədəbəyəaparmısan... Heç inanmazdım ki, Qarabağa gedə bilməyən indi Gədəbəyə də gedəbilməyəcək. Orda sən var idin. İndi kimim var ki, orda? Eh, Polad müəllim!Övladların toylarında, ad günlərində, hətta bizim nəvələrimizin doğum günlərindədə sənin fərqli diqqətin həmişə məni heyrətə salırdı. Bir dəfə də olsundükan-bazarda, lap elə çayxanının özündə əlimi cibimə salmağa imkan vermirdin.Xəlvətcə durub içdiyim çayın pulunu verəndə əsəbləşirdin. Mütləq pulun gerigötürülməsini tələb edirdin. Hər dəfə də vurğulayırdın ki, mən uşaqlarımın əliniçörəyə çatdırmışam, üçündən də arxayınam. Sənə kömək lazımdı, min dərdin-sərinvar... Bu ürəyin sahibi idin sən. Səxavətin, diqqətin, ildə ən azı üç dəfə Gədəbəydənmənim üçün gətirtdiyin dağ otlarından dəmlənən çayın dadını, ətrini mən indihardan alacam? Və hər dəfə də "bunubacın sənin üçün göndərib" deyə ömür-gün yoldaşın Göyçək xanımınbizim ailəyə olan sevgisini, diqqətini ürəyimdə, yaddaşımda təzələyirdin. Bizbu qədər yaxın ikən niyə ayrı düşdük? Namərd fələk, namərd fələk...

Bəli, Azərbaycanmətbuatında, Azərbaycan jurnalistikasında öz dəsti-xətti, öz yolu, öz sözüolan, rayon qəzetində müxbirlikdən başlayıb baş redaktorluğa qədər bütün vəzifələrdəçalışmış, öz sözünü öz vicdanı ilə yazmış və "Kirpi" kimi satirik birjurnalın yaşamasına canıyla, puluyla çalışmış bir dəyərli qələm adamı bizi tərketdi. Bu gediş bir yaxşı insanın da, bir xeyirxah adamın da aramızdan azalmasıdeməkdi. Mən inanıram ki, Tanrı dərgahında da o, burda gördüyü gözəl işlərinmükafatını alacaqdır. Dövlətimiz ona "Əməkdar mədəniyyət işçisi" adıvermişdi. Amma o, bundan da yüksək bir ada, böyük hərflərlə yazılacaq, DƏYƏRLİDOST, DƏYƏRLİ KİŞİ, DƏYƏRLİ İNSAN, DƏYƏRLİ ZİYALI adını qazanmışdı. Özü də bunuona xalq - ətrafı, onu tanıyanlar vermişdi.

Ruhunşad olsun, Polad müəllim! Darıxma, sən o məkanda rahat ol! Bizim də yolumuz üzüo tərəfədi. Amma Tanrı dərgahına qovuşa biləcəm, yoxsa yox, onu deyə bilmərəm. Çünki Tanrı dərgahı sənin kimi kişilərüçündü. Amma mən harda olsam, ruhum sənə baş çəkəcək, buna inanıram. Bu həyatdanecə mehriban olmuşuqsa, sənin olduğun yerə də ruhum ziyarətə gələcək!

ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV