adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Fevral 2017 14:51
10708
DÜNYA
A- A+

STEPANAKERTDƏ ERMƏNİ TAPILMIR?

Adətən ordan-burdan tutulan erməniləri və ya əsirləri yığıb göndərirdilər Ağdama. Allahverdi Bağırov da onları erməni əsirliyində olan əsgərlərimizlə, dinc əhali ilə dəyişirdi. Bir dəfə Bakıdan kişili-arvadlı bir iyirmiyə yaxın çənəsi yerə dəyən erməni yığıb göndərmişdilər. Allahverdi bunları yığıb apardı Əsgəranın ağzına, mən də ordaydım. O tərəfdən də ermənilərin xalq cəbhəsinin sədri Vitalik gəldi.

Allahverdi dedi:

- Ala, götür qohum-əqrəbanı, bunların sayı qədər bizimkiləri qaytar.

Vitalik bir xeyli çənəsi yerə dəyən bu ermənilərə baxdı və gülə-gülə dedi:

- Alik, neynirəm bunları Stepanakertdə erməni tapılmır? Bunlardan Stepanakertdə itə tökdü. Qaytar apar neynirsən elə. Mənə cavan erməniləri gətir.

Xalq diplomatiyasında Azərbaycandan sığınacaq istəyən, çənəsi yerə dəyən bir erməni qarısının şəklini gördüm, yadıma həmin hadisə düşdü.