adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Fevral 2017 12:29
5884
HADİSƏ
A- A+

Bakıda iki gündə 17 dilənçi saxlanılıb

Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 18-də Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 6 nəfər saxlanılaraq barələrində protokol tərtib edilib.

Fevralın 19-da isə paytaxtın Nərimanov, Yasamal və Səbail rayonları ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.