adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Fevral 2017 11:56
2873
HADİSƏ
A- A+

DİN-dən Ağcabədidəki partlayışla bağlı açıqlama

Ağcabədi rayonunda partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, fevralın 18-də Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Yusif Əliyev həyətindən tapdığı "F-1" qumbarasının alışdırıcısı ilə ehtiyatsız davrandığından baş vermiş partlayış nəticəsində sol əlindən xəsarət alıb.

Nəticədə Y.Əliyev xəstəxanaya yerləşdirilib və sol əlinin 2-ci (şəhadət) barmağı amputasiya edilib.