adalet.az header logo
  • Bakı 19°C
20 Fevral 2017 08:43
12456
HADİSƏ
A- A+

Daha bir reket-jurnalist həbs olundu

İsmayıllıda daha bir reket-jurnalist həbs olunub. Bu haqda həmin jurnalistin-Elçin İsmayıllının vəkili İslam İsmayılov məlumat verib.

Məlumata görə, onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq materiallarına görə, jurnalist İsmayıllı rayon Mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında neqativ məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.