adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Fevral 2017 21:15
6492
DÜNYA
A- A+

Somalidə terror: 35 ölü, 40 yaralı

Somalinin paytaxtı Moqadişuda bazar ərazisində bomba yüklənmiş avtomobilin partladılması nəticəsində azı 35 nəfər ölüb, 40-ı isə yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədə Moqadişu bələdiyyəsinin sözçüsü Əbdülfəttah Həlani jurnalistlərə açıqlamasında deyib.

Şahidlərin sözlərinə görə, partlayış insanların sıx olduğu ərazidə baş verib.

Hələlik teraktla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.