adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Fevral 2017 21:00
3168
HADİSƏ
A- A+

Ağır yol qəzası: ölənlər var

Cəlilabadda baş verən ağır qəzada 2 nəfər ölüb.

Ələt –Astara yolunun 130 km-də, Qarəzəncir kəndi ərazisində 90 ZX 573 dövlət nömrə nişanlı yük maşını ilə BMV markalı 90 FX 557 markalı minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İlkin məlumata görə, ölənlər BMV-nin sürücüsü və sərnişinidir. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.