adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Fevral 2017 17:00
5986
SİYASƏT
A- A+

ABŞ Cənub-Şərqi Çin dənizinə aviadaşıyıcı zərbə qrupu göndərdi

ABŞ "Carl Vinson” aviadaşıyıcısı başda olmaqla, gəmilər qrupunu Cənub-Şərqi Çin dənizinə göndərib.

Bu barədə ABŞ hərbi-dəniz qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilir ki, aviadaşıyıcı zərbə qrupu fevralın 18-dən Cənub Şərqi Çin dənizində patrul xidmətinə başlayıb.

Zərbə qrupuna "Carl Vinson” aviadaşıyıcısı ilə yanaşı, "Aegis” zenit-raket kompleksi ilə təchiz olunmuş "Wayne E. Meyer” minadaşıyan eskadra gəmisinin də daxil olduğu bildirilir.

Regiona göndərilənədək qrupa daxil olan gəmi və təyyarələrin Havay və Quam adaları rayonunda hərbi əməliyyatlarla bağlı təlimlər keçdiyi qeyd edilir. Bununla yanaşı, qrupun Quama daxil olma və Filippin dənizində əməliyyatlar üzrə təlimlər keçdiyi də deyilir. Qrupun komandiri kontr-admiral Ceyms Kilbi bəyan edib ki, son həftələrdə keçirilən təlimlər hərbi hazırlığın keyfiyyətcə yüksəldilməsinə xidmət edib. C.Kilbi vurğulayıb ki, qrup Hind-Asiya-Sakit okean regionunda müttəfiqlər, tərəfdaşlar və dostlarla birlikdə həmin bacarıqları nümayiş etdirməyə hazırdır.

Xatırladaq ki, ABŞ-ın yeni dövlət katibi Reks Tillerson da vəzifəsinin icrasına başlamazdan əvvəl bəyan etmişdi ki, ABŞ Cənub Çin dənizində Çinə mübahisəli adalarla bağlı hərəkətlərinin yolverilməzliyi barədə "aydın siqnal” göndərməlidir. O, həmçinin Çin tərəfindən dənizdə salınan süni adaları qeyri-qanuni adlandırmışdı.