adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Fevral 2017 13:31
7010
DÜNYA
A- A+

Gürcüstan Azərbaycan və Ermənistanla sərhədə aparan yolları bərpa edir

Gürcüstan hakimiyyəti Ermənistanla və Azərbaycanla sərhədlərə aparan avtomagistralları təmir etməyi planlaşdırır.

Adalet.az gürcü KİV-nə istinadən bildirir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil yolları departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, Rustavi-"Qırmızı körpü” (gürcü-Azərbaycan sərhədi) və Rustavi-Sadaxlo (gürcü-erməni sərhədi) avtomagistrallarının yenidən qurulması Ümumdünya Bankının maliyyələşdirilməsi ilə Şərq-Qərb sürət magistralının yaxşılaşdırılması layihəsi çərçivəsində həyata keçirilir.

Rustavidən Sadaxloya tərəf 40, "Qırmızı körpü”yə qədər isə 35 kilometr sahədə yol tikintisi planlaşdırılır.

Gözlənilir ki, layihə işləri 17 ay sonra başa çatdırılacaq. Bundan sonra tender elan ediləcək. Layihə Gürcüstanın yenidən qurulması üzrə baş nazir Qeorqi Kvirikaşvilinin təqdim etdiyi planın bir hissəsidir.