Atəşkəs 37 dəfə pozulub
Ermənistan
silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82
millimetrlik minaatanlardan və qumbaraatanlardan da istifadə etməklə
sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.
Tərtər
rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı,
Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan,
Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy,
Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

APA-nın
Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız
yüksəkliklərdə və Şavarşavan kəndində, İcevan rayonunun Azatamut,
Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki
adsız yüksəkliklərdə, Fərəhli, Cəfərli kəndlərində və Ağstafa rayonunun
Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz
atəşə tutulub.
Tərtər
rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı,
Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan,
Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy,
Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Digər Xəbərlər
20 Aprel 2024 10:51