adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Fevral 2017 11:13
5783
MƏMLƏKƏT
A- A+

Polis generalı təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

Adalet.az "APA”ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

DİN-dən APA-ya faktı təsdiqləyiblər.